Bulvarda çayın qiymətində bahalaşma baş verib. Bu haqda informasiyanı Moderator.az-a Bakı sakini Şamxalov Ziya bildirib. Ş.Ziyanın sözlərinə görə, o, Bulvar ərazisində yerləşən çayxanalarda tez-tez olur:
“İstirahət etmək üçün həftə ərzində bir neçə dəfə Bulvara baş çəkirəm. Avropa Oyunları zamanı ziyarət etdiyim çayxanalarda sadə çay iki manat, mürəbbə və şokaladlı çay isə 5 manat idi. Avropa Oyunlarından sonra isə vəziyyət bir qədər dəyişib, hər dəfə Bulvara gələn zaman çayxana əməkdaşları sadə çayın verilmədiyini, mürəbbə və şokaldala çayın qiyməti isə 7-10 manat arası olduğunu deyiblər. Dünən axşam ziyarət etdiyim Bakı Bulvarı restoranında da eyni halla üzləşdim. Belə ki, çayxanadakı qarsonlar sadə çay verlmədiyini deyərək, mürəbbə ilə çayın qiymətinin 7 azn olduğunu bildirdilər. Çayxana rəhbərliyi ilə danışmaq istəyəndə mənə adminstrator yaxınlaşıb dedi ki, “bazar iqtisadiyyatında yaşayırıq, istədiyimiz qiyməti qoymaq, istədiyimiz formada çay satmaq bizim hüququmuzdur.”x9d Mən daha sonra Bulvar rəhbərliyinin qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verdib. Ordan mənə bildirdilər ki, “çayxana işçiləri siz aldatmaq istəyirlər, adminstartora Hafiz müəllimə yaxınlaşın, bulvarın hər yerində sadə çay verilir.”x9d Mən də onlara adminstratorla söhbət etdiyimi deyib yenidən admistratora yaxınlaşdım. Administrator isə yenidən mənə bildirdi ki, bura özəl müəsisədir, burda qiyməti biz özümüz müəyyən edirik”x9d Qeyd edim ki, həmin çay evində çay içildikdən sonra müştəriyə çek də verilmir, belə ki, müştərilər tələb etdikdən sonra onlara çek təqdim olunur.”x9d
Xəyal Əzizov
































































































