"İstehlak etdiyim təbii qaza görə yaranan debitor borcu ödəməkdə çətinlik çəkirəm. Buna görə də sizdən xahiş edirəm ki, fərdi yaşayış evimə quraşdırılan sonradan ödənişli (mexaniki tipli) qaz sayğacını, əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsində mənə köməklik edəsiniz".
Bizim.Media xəbər verir ki, bu sözləri Beyləqan rayon sakini Anar İsmayılov "Açıq mikrofon" aksiyası zamanı bildirib.
Aksiyada iştirak edən vətəndaşlar qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.
Daxil olan müraciətlər əsasən fərdi qazlaşma, küçə qaz xəttinin çəkilməsi, işə qəbul, fərdi yaşayış evinə əlavə sayğacın quraşdırılması ilə bağlı olub.
Ünvanlanan bütün suallar SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı-təmir şöbəsinin rəis müavini Məsləhət Yunusov və Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılıb.
Bir sıra müraciətlərin dərhal nəzarətə götürülməsi ilə bağlı yerindəcə tapşırıq verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
03:23 / 10.08.2022
"Açıq mikrofon"da vətəndaşdan maraqlı xahiş - "Borcu ödəyə bilmirəm..." - FOTO
Hazırda oxunan: "Açıq mikrofon"da vətəndaşdan maraqlı xahiş - "Borcu ödəyə bilmirəm..." - FOTO
Hazırda oxunan: "Açıq mikrofon"da vətəndaşdan maraqlı xahiş - "Borcu ödəyə bilmirəm..." - FOTO
87794
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.