Qanunsuz ağac kəsimlərinə görə cinayət işi açıldı

Qanunsuz ağac kəsimlərinə görə cinayət işi açıldı

Hazırda oxunan: Qanunsuz ağac kəsimlərinə görə cinayət işi açıldı

87706

Azərbaycanda qanunsuz ağac kəsimlərinə görə cinayət işi başlanılıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, quruma daxil olan vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Nəsimi rayonu, habelə Yevlax və Xaçmaz rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qanunsuz ağac kəsimləri ilə bağlı cinayət işi QALDIRILDI


Belə ki, Nəsimi rayonuda “Şərq İnşaat” MTK-nın icarəsinə verilmiş olduğu ərazidə, Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Lalə tekstil” MMC-nə məxsus tikilinin qarşısında meşə fonduna daxil olmayan və Xaçmaz rayonunun ərazisində meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi faktları aşkar edilib. 

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.2.3 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO