Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrlərini saxtalaşdıran şəxslərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcək.
Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.
Bildirilib ki, yeni dərs ilinin başlanılmasına az qalmış yenidən gündəmə gələn məsələlərdən biri kitab piratçılığı və ona qarşı mübarizədir.
MÖVZU İLƏ BAĞLI:
Magistraturaya boş qalan yerlərə qəbul ELAN EDİLDİ
Dövlət İmtahan Mərkəzi daim bu məsələni diqqət mərkəzində saxlayır və kitab piratçılığının qarşısının alınması ilə bağlı müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.
Hələ 2018-ci ilin müvafiq dövründə hüquqları Dövlət İmtahan Mərkəzinin “Abituriyent” Jurnalı Redaksiyasına və digər nəşriyyatlara məxsus kitabların pirat nüsxələrini Türkiyə Respublikasında çap edərək Azərbaycan Republikasına gətirib satışını həyata keçirən böyük dəstə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən zərərsizləşdirilmiş, bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib.
Bu tədbirlər kitab bazarına, bu sahədə müəllif və əmlak hüquqlarının qorunmasına öz müsbət təsirini göstərib.
Aldığımız məlumata görə bəzi hüquqi və fiziki şəxslər qanunların tələbinə məhəl qoymadan yenidən DİM-ə məxsus kitabların pirat nüsxələrinin çapı və satışı ilə məşğul olurlar.
Bildiririk ki, bu cür halların qarşısının alınması üçün tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçiriləcəkdir.
Bizim.Media