168 min manatlıq dələduzluq edən müəllimin CƏZASI AĞIRLAŞDIRILDI  

168 min manatlıq dələduzluq edən müəllimin CƏZASI AĞIRLAŞDIRILDI  

Hazırda oxunan: 168 min manatlıq dələduzluq edən müəllimin CƏZASI AĞIRLAŞDIRILDI  

87674

Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləmiş Sahib Şükürovun apellyasiya şikayətinə baxılıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, apellyasiya şikayəti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Sahib Şükürovun vəkilləri tərəfindən verilən bəraət hökmünün çıxarılması barədə apellyasya şikayəti təmin olunmayıb. Prokurorun Sahib Şükürovun barəsində olan cəzanın ağırlaşdırılması ilə bağlı protesti təmin olunub. Sahib Şükürovun cəzası 6 ilə qədər artırılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Şükürov 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sahib Şükürov 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

İttihama görə, Sahib Şükürov keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılan H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Mehriban Rüstəmovaya onun cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədini verib.

Sahib Şükürov bu yolla qadından ümumilikdə 168.300 manat pul alaraq dələduzluq edib. 

İstintaq orqanı Sahib Şükürovun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edib.
Qeyd edək ki, bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Mehriban Rüstəmovanın bundan əvvəl məhkəmə prosesi keçirilib. Ona 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO