Hərbçilərimiz Qarsa belə yola salınıb - VİDEO

Hərbçilərimiz Qarsa belə yola salınıb - VİDEO

Hazırda oxunan: Hərbçilərimiz Qarsa belə yola salınıb - VİDEO

8767

Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək “Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə mərasim keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yolasalma mərasimində Dövlət Himni səsləndirildikdən sonra çıxış edən general-mayor Fazil Ağalarov inkişaf edən Azərbaycan-Türkiyə hərbi-texniki əməkdaşlığından, hər il Naxçıvan və Qars şəhərlərində keçirilən birgə hərbi təlimlərin əhəmiyyətindən, Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən danışaraq “Qış təlimi-2021”də iştirak edəcək bölmələrə uğurlar arzulayıb.

Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər.

Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO