“Instagram” sosial şəbəkəsində özünü model kimi təqdim edən Sahilə Babayeva (adlar şərtidir – red.) dələduzluqla üzləşib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Sahiləyə qarşı dələduzluq edən Mehdiabad qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Aqil adlı şəxs olub.
İttihama görə, Aqil Sahiləyə Türkiyə Respublikasında təşkil ediləcək tədbirdə iştirak etməsində köməklik göstərəcəyini vəd verib, İstanbul şəhərində mehmanxanada onun üçün yer sifariş verəcəyini deyib.
MÖVZU İLƏ BAĞLI:
Qız “İnstagram”da tanış olduğu oğlanı bıçaqladı - ŞOK OLAY
Aqil aldatma yolu ilə onunla Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində görüşüb, sonra ayrı-ayrı günlərdə ondan ümumilikdə 680 manat alıb.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2017-ci ildən etibarən Azərbaycan ərazisində reklam xarakterli motivasiya verici mükafatlandırma tədbirləri təşkil edir:
“2021-ci il dekabr ayının 24-də İstanbul şəhərində keçirilən Mükafatlandırma Qala gecəsində iştirak etmək üçün “instargram” sosial şəbəkəsində elan verdim. Həmin ilin oktyabr ayında “Instagram” sosial şəbəkəsində başında tac olan, model sözü yazılmış bir xanımın profili diqqətimi cəlb etmişdi.
Həmin qadının Azərbaycanda keçirilən gözəllik müsabiqəsinin qalibi olduğunu düşündüm. Onun instagram səhifəsinə sms atdım. Xanım sms-i qəbul etdi. Sonra onunla əlaqə saxladım və bildirdim ki, İstanbul şəhərində gözəllik müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçiriləcək.
Həmçinin, onun da həmin tədbirdə iştirak etmək imkanının olduğunu bildirdim. Ondan 1300 manat istədin. Sonra onun həmin tədbirə 700 manat müqabilində aparılmasına razılıq verdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, növbəti dəfə Sahilə ilə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində görüşüb:
“Sahilə mənə 170 manat beh verdi. Bundan sonrakı 2 gün müddətində də Günaya verdiyim kart hesabına hissə-hissə olmaqla, 510 manat göndərdi.
Sonra Sahiləyə dedim ki, işim çıxıb, ona görə də özün bilet al, Türkiyəyə get, mən də ora gələcəm. Lakin həmin tədbir İstanbul şəhərində təxirə salındığından Türkiyəyə getmədim. Sonra bildim ki, Sahilə xanım Türkiyəyə gedərək orada qalıb”.
Aqil bildirib ki, hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəyib. O, əməlindən peşmançılıq çəkdiyinu deyib və cinayət işinə xitam verilməsini istəyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sahilənin sözlərinə görə, İstanbulda gözəllik müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbirində qalıb gəlməsi üçün Aqilə əvvəlcə 170 manat beh, sonra isə hissə-hissə olmaqla 510 manat verib.
Zərərçəkmiş qeyd edib ki, Aqil ona 680 manat pula təyyarə ilə gedib-gəlmək biletinin və otel pulu da daxil olduğuna söz verib.
Onun sözlərinə görə. Sonradan Aqillə telefon əlaqəsi saxlayan zaman sonuncu ona işinin çıxdığını deyib, özünün bilet alaraq Türkiyəyə getməyini, bundan bir gün sonra özü də İstanbul şəhərinə gəlib və həmin tədbirə onunla birlikdə qatılacağını deyib:
“Aqilə inanaraq İstanbul şəhərinə getmək üçün 700 manata gediş-gəliş bileti aldım və İstanbula getdim. Aqilin mənə dediyi otelə yaxınlaşdım və orada mənə bildirildi ki, oteldə qalmağım üçün sifariş qeydə alınmayıb. Anladım ki, Aqil tərəfindən aldadılmışam.
Bundan sonrakı vaxtlarda da dəfələrlə həmin şəxsə zəng etməyimə və “Instagram” səhifəsinə yazmağıma baxmayaraq, o mənə cavab vermədi. Türkiyədən geri qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin rəhbərliyinə elektron qaydada müraciət etdim və bu barədə tədbir görülməsini xahiş etdim”.
Sahilə qeyd edib ki, “Instagram” sosial şəbəkəsindən tanıdığı Aqil adlı şəxsin ona qarşı dələduzluq etməsi nəticəsində ona 3000 manat ziyan dəyib:
“Aqilə 170 manatı Masazır qəsəbəsində görüşərək vermişəm. Həmçinin. 510 manatı isə onun kart hesabına göndərmişəm. Bundan əlavə, Türkliyəyə gedərək 3 gündən sonra geri qayıtmağım ilə 2300 manat xərcləmişəm. Ümumilikdə mənə 3000 manat maddi ziyan dəyib. Dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilib. Ona qarşı şikayətim yoxdur”.
Abşeron rayon Məhkəməsinin hökmü ilə Aqilin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Eldar Məmmədli, Bizim.Media