“10 günə qiymətləndirmə aparmaq mümkün deyil” – Ekspertdən Nazirliyə ETİRAZ 

“10 günə qiymətləndirmə aparmaq mümkün deyil” – Ekspertdən Nazirliyə ETİRAZ 

Hazırda oxunan: “10 günə qiymətləndirmə aparmaq mümkün deyil” – Ekspertdən Nazirliyə ETİRAZ 

8765

“10 gün sonra orta məktəblərdə I yarım il başa çatır. Amma məktəbdaxili qiymətləndirilmə qaydaları yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov “Facebook” hesabında qeyd edib.

Ekspert şagirdlərin I yarım il üzrə biliklərinin necə qiymətləndiriləcəyinin hələki açıqlanmadığını bildirib:

“İstər ali və orta ixtisas təhsili müəssisələrinin imtahan sessiyasının qiymətləndirilməsi, istərsə də orta məktəblərin I yarım il üzrə qiymətləndirilmə qaydaları haqqında qərar 2020-ci ilin 1 oktyabrına qədər qüvvədə idi. Bu qərar artıq hüquqi qüvvəsini itirib.

Amma ali və orta ixtisas təhsili müəssisələri Təhsil nazirliyinin qərarı ilə semestr imtahanlarına başladılar. İndi orta məktəblər qalıb.

10 gün ərzində, onlayn rejimdə bu prosesin təşkili mümkün deyil. Ancaq formal və görüntü xətrinə, “İmam haqqı işləyirik” prinsipi üçün təşkil etmək olar”. 

Ekspert bu məsələdə yeganə çıxış yolunun I yarım il üzrə şagirdlərin qiymətləndirilməsinin həyata keçirilməsində görüb.

O, “II yarım ildə dərslər hibrid formada təşkil edilər və o dövr üçün qiymətləndirilmə qaydaları hazırlanar”,- deyə bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO