Dövlət reabilitasiya müəssisələrinin nümunəvi nizamnaməsi təsdiqlənib.
Bizim.Media xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
“Dövlət reabilitasiya müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədilə təsdiq edilib.
“Dövlət reabilitasiya müəssisəsi haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1998-ci il 5 may tarixli Qərarı ləğv edilib.
Qərarda dəyişiklik Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:18 / 08.08.2022
Dövlət reabilitasiya müəssisələri ilə bağlı YENİ QƏRAR
Hazırda oxunan: Dövlət reabilitasiya müəssisələri ilə bağlı YENİ QƏRAR
Hazırda oxunan: Dövlət reabilitasiya müəssisələri ilə bağlı YENİ QƏRAR
87599
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.