Hazırda bu bölgələrə YAĞIŞ YAĞIR - FAKTİKİ HAVA

Hazırda bu bölgələrə YAĞIŞ YAĞIR - FAKTİKİ HAVA

Hazırda oxunan: Hazırda bu bölgələrə YAĞIŞ YAĞIR - FAKTİKİ HAVA

87581

Milli Hidrometeorologiya Xidmətinin avqustun 8- i axşam saatlarına olan məlumatı açıqlayıb.

Bizim.Media xəbər verir ki, hazırda Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Kişçay (Şəki), Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Kürdəmirdə şimşək çaxır, arabir yağış yağır.

Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Lakin avqustun 8-dən 9-a keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub- şərq küləyi əsəcək. Havanın maksimal temperaturu günorta saatlarında 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənir. Ayrı-ayrı bölgələrdə yağışın intensivləşəcəyi ehtimalı var. 10-u və 11-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın maksimal temperaturu aran rayonlarında 34-39 dərəcə, dağlarda 20-25 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO