Bəzi sosial media səhifələrində etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Əliyev Şahmar Eldar oğluna Yasamal Rayon Məhkəməsinin hökmü ilə bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Bununla əlaqədar bildirilib ki, Şahmar Əliyevin tanışı Təranə Fərəcovadan məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərməsi adı ilə 20 min manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlarla ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Həmin məhkəmənin 17.06.2022-ci il tarixli hökmü ilə Şahmar Əliyevə bəraət verilib.
İyul ayının 7-də dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:31 / 08.08.2022
Baş Prokurorluq dələduzluq edən şəxslə bağlı MƏLUMAT YAYDI
Hazırda oxunan: Baş Prokurorluq dələduzluq edən şəxslə bağlı MƏLUMAT YAYDI
Hazırda oxunan: Baş Prokurorluq dələduzluq edən şəxslə bağlı MƏLUMAT YAYDI
87577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.