Şəhid övladları üçün yay düşərgəsinin ikinci mərhələsi başladı - FOTO

Şəhid övladları üçün yay düşərgəsinin ikinci mərhələsi başladı - FOTO

Hazırda oxunan: Şəhid övladları üçün yay düşərgəsinin ikinci mərhələsi başladı - FOTO

87563

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid uşaqları üçün növbəti yay istirahət düşərgəsinə start verilib.  

Bizim.Media xəbər verir ki, agentliyin sosial sifarişi əsasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid uşağını (valideynlərindən birinin müşaiyət edəcəyi də nəzərə alınmaqla 140 nəfər) əhatə edir.  

İki mərhələdən ibarət olan layihənin ilk mərhələsində uşaqlardan və valideynlərdən ibarət 70 nəfər 29 iyul-3 avqust tarixlərində Qubada 5 günlük yay istirahət düşərgəsində iştirak ediblər.

İkinci qrup olaraq 75 nəfər bu gün xüsusi ayrılmış avtobuslarla Qubaya yola salınıb.

08-13 avqust tarixlərində şəhidlərimizin övladları Qubanın tarixi və gəzməli yerlərinə ekskursiya edəcək. Bir sıra əyləncəli interaktiv təlimlərdə iştirak edərək öz bacarıqlarını inkişaf etdirəcəklər.
Həmçinin onlar bu regionda yerləşən məşhur istirahət mərkəzlərində qalaraq dincələcəklər. Bu müddət ərzində onlarla interaktiv oyunlar, su idmanı və istirahəti, eyni zamanda müxtəlif psixoloji seanslar təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO