Metroda sahibsiz çanta - Təşvişlə bağlı qurumdan AÇIQLAMA

Metroda sahibsiz çanta - Təşvişlə bağlı qurumdan AÇIQLAMA

Hazırda oxunan: Metroda sahibsiz çanta - Təşvişlə bağlı qurumdan AÇIQLAMA

87524

Bu gün metroda iki nəfərin “TikTok” sosial şəbəkəsinə video çəkmək məqsədilə vaqonda təşviş yaratması ilə bağlı məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, hadisənin saat 12:00 radələrində metronun “Nərimanov” stansiyası istiqamətində baş verdiyi bildirilir. Qeyd olunur ki, iki gənc oğlan əllərində olan çantanı yerə atıb qaçıblar.

Nəticədə qatardakı sərnişinlər arasında təşviş yaranıb.

Məsələ ilə əlaqədar Bizim.Media olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq:

"Sözügedən vəziyyətlə bağlı hər hansısa gərginlik, təşviş baş verməyib. Yayılan məlumatlar bir az şişirdilib. Vaqonda olan sərnişinlərdən biri orada sahibsiz zənn etdiyi çanta barəsində rabitə vasitəsilə maşinistə məlumat verib və problem aradan qaldırılıb".

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO