“Laçında cəmi 34 erməni yaşayıb” – Vüqar Bayramov

“Laçında cəmi 34 erməni yaşayıb” – Vüqar Bayramov

Hazırda oxunan: “Laçında cəmi 34 erməni yaşayıb” – Vüqar Bayramov

87516

“Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Laçının adını dəyişməyə cəhd edən Ermənistan artıq həmin əraziləri öz halal sahiblərinə qaytarmaq məcburiyyətindədirlər. Sosial şəbəkələrdə, xüsusən də “Twitter”də bir sıra erməni ekspertlər və lobbistlər Laçın şəhərini tərk etmələrini guya öz “tarixi yurdlarından” çıxma kimi təqdim etməyə çalışırlar”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb.

O bildirib ki, çox da uzaq olmayan tarixə, keçmiş SSRİ dövrünə nəzər salsaq, Laçın rayonunda əhalinin son siyahıya alınması 1979-cu ildə həyata keçirilib:
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il buğda qıtlığı GÖZLƏNİLİR – Deputatdan PROQNOZ


“Həmin siyahıya almaya əsasən, rayonun 47 min 261 sakini olub. Sovet siyahıya almasına əsasən etnik tərkibə gəldikdə, sakinlərin 44 min 665-i azərbaycanlı, 2 min 437-si kürd olub. Siyahıya alma zamanı rayonda cəmi 34 erməninin yaşadığı qeydə alınıb. Bu isə o deməkdir ki, əhalinin 94.5 faizi azərbaycanlı, 5.1 faizi müsəlman kürdlər olub.

Azərbaycanlılar və etnik kürdlər bir ailə kimi yaşayaraq sonradan erməni işğalından sonra da birgə rayonu tərk etmək məcburiyyətində qaldılar. Ümumi əhalinin etnik strukturunda hətta tam rəqəmlə ifadə oluna bilməyən ermənilər Laçın şəhərinə belə iddia etməkdən çəkinmirdilər. 1992-ci ildə Laçın işğal olunanda 65 min 507 sakin məcburi köçkün kimi Azərbaycanın 59 rayon və şəhərlərində məskunlaşdılar.

Zabux kəndi Azərbaycanın ən səfalı yerlərindən hesab olunur. Kəndin etnik tərkibi tarixən hər zaman azərbaycanlılar olub.

Hazırda kəndin 600-dən çox sakini məcburi köçkün həyatı yaşasalar da, onların öz doğma ata-baba yurdlarına qayıtmaqlarına çox az zaman qalıb. Kənd işğal olunandan sonra ermənilər tərəfindən xarabalığa çevrildi.

Daha sonra 2003-cü ildə erməni diasporu kənddə kilsə inşa edib. 2013-ci ildən sonra isə ermənilər kənddə qeyri-qanuni məskunlaşmağa başlayıblar. Livanlı erməni biznesmenlərə məxsus “Ari” fondunun maliyyəsi ilə salınan qəsəbədə 150-dən çox ev tikilib.
Zabux kəndi də daxil olmaqla bütövlükdə Laçın rayonunu böyük iqtisadi potensialı var. Laçın turizm, sənaye, kənd təsərrüfatı sektorlarında müqayisəli üstünlüyə malikdir. Qısa zamanda rayonun dağıdılmış iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq.

Azərbaycan bölgədə sülhün əldə edilməsində maraqlıdır. Davamlı sülh sadəcə ölkələrin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıması halında mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO