Səfəvi şahı I Şah Abbasın ispan rəssam tərəfinən çəkilmiş tarixi portreti yenidən hər kəsin diqqətini cəlb edib.
Bizim.Media xəbər verir ki, yazıçı Ələkbər Əliyev sosial şəbəkə hesabından sözügedən portreti paylaşıb.
1625-ci ildə çəkilmiş rəsmdə əsas diqqət çəkən məqam isə Şah Abbasın “Massaget, İskit şahı türk Abbas” kimi təqdim olunmasıdır.
Qeyd edək ki, bir sıra mənbələr Şah Abbası fars hökmdarı kimi təqdim etməyə çalışıblar. Amma hmin rəsmin altında qeyd olunmuş məlumatlar xüsusi bir məqama diqqət yönəldir.
Həmin həqiqət ondan ibarətdir ki, hələ 17-ci əsrdə ispan sənətkarları, mənbələri də bilirdilər ki, masaget, iskit, türk bir qoldur, yoldur. 300 il boyunca bütün elm və güc mərkəzləri tərəfindən türk xalqı həqiqi kökündən uzaqlaşdırılmağa çalışılıb.
Dünyaya saxta tarix təqdim olunub. Bu cür faktlar isə sübut edir ki, kimmerlər, masagetlər, iskitlər, oğuzlar, saklar, albanlar, türklər eyni millətə aiddliyi sübut edən müxtəlif adlardır. Bunu bizim dərin məlumatlarımız öz arxivində saxlayan Vatikan və digər mənbələr qəsdən başqa istiqamətə yönəltmək və türk toplumunu xırda xalqlara parçalayaraq birlikdən uzaqlaşdırmağa çalışırlar.
Həqiqi tarix üzə çıxarsa, onların heç kim olduğu və yaxud kiçik qopmalarla mədəniyyətimizə necə sahibləndikləri üzə çıxacaq. Onda sübut olunacaq ki, “heç bir yazılı tarixi yoxdur” deyib ittiham olunan türk, müasir dünyaya digər svilizasiyadan mədəniyyət körpüsüdür.
Məlumat üçün bildirək ki, Səfəvilər dövlətinin V hökmdarı olan Şah I Abbas 1587-1629-cu illərə hakimiyyətdə olub. O, səfəvi şəhzadəsi Məhəmməd Xudabəndənin oğlu, I Təhmasibin nəvəsi, Səfəvilər dövlətinin banisi olan Şah I İsmayılın isə nəticəsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:56 / 08.08.2022
Şah Abbasın tarixi PORTRETİ – “İskit, türk şahı...”
Hazırda oxunan: Şah Abbasın tarixi PORTRETİ – “İskit, türk şahı...”
Hazırda oxunan: Şah Abbasın tarixi PORTRETİ – “İskit, türk şahı...”
87499
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.