Qubada yol qəzası: Xəsarət alanlar var

Qubada yol qəzası: Xəsarət alanlar var

Hazırda oxunan: Qubada yol qəzası: Xəsarət alanlar var

87407

Bakı-Quba yolunun rayonun Pirvahid kəndindən keçən hissəsində "VAZ-21099" və "Hyundai"markalı avtomobillər toqquşub.

Bizim.Media xəbər verir ki, nəticədə avtomobillərdə olan 3 nəfər rayon sakini xəsarət alıb.

Rayon sakinləri, 62 yaşlı İdayəddin Əmirov və həyat yoldaşı, 57 yaşlı Kəmalə Əmirova və 35 yaşlı Ayaz Qərubov müxtəlif xəsarətlərlə Quba rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Vəziyyətləri orta ağırdır. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO