Ermənilər Laçın şəhərini tərk edibmi? – YENİ DETALLAR

Ermənilər Laçın şəhərini tərk edibmi? – YENİ DETALLAR

Hazırda oxunan: Ermənilər Laçın şəhərini tərk edibmi? – YENİ DETALLAR

87383

Laçında müvəqqəti yaşayan ermənilər hələ də şəhəri tərk etməyiblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Laçın icmasının rəhbəri Narek Aleksanyan “News.am” saytına müsahibəsində danışıb.

Onun sözlərinə görə, ermənilər Qarabağda, yoxsa Ermənistanda yaşayacaqlarına özləri qərar verəcəklər.

“Şəhərdəki erməni qəbirləri, bura gətirilən xaçkarlar köçürüləcək. Sakinlər evlərini yandıracaqlarmı? İndi bu sualın cavabına aydınlıq gətirilir. Bunun necə olacağını bilmirəm, amma belə addımın atılacağını dəstəkləmirəm. Onlarla müzakirə zamanı belə söhbət oldu.

Düzdür, emosiyaları aydın hiss olunurdu, ancaq həqiqətən bunu edəcəklərini bilmirəm” deyə o, qeyd edib.

Aleksanyan vurğulayıb ki, Xankəndindəki “məmurlar” evlərin yandırılmasının əleyhinədirlər.

Xatırladaq ki, ermənilə bu ayın 25-dək Laçın şəhərini və Zabux qəsəbəsini tərk etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO