Bakıda döyüş sursatı aşkarlandı - FHN-dən AÇIQLAMA

Bakıda döyüş sursatı aşkarlandı - FHN-dən AÇIQLAMA

Hazırda oxunan: Bakıda döyüş sursatı aşkarlandı - FHN-dən AÇIQLAMA

87299

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda hərbi sursat aşkar olunması barədə məlumat daxil olub.

Bizim.Media FHN-nə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri hərbi sursata baxış keçiriblər.

Döyüş tətbiqinə yararlı sursat olduğu müəyyən edildikdən sonra sursat müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Hərbi sursatın tapıldığı ərazidə aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO