Tovuzda ilginc HADİSƏ: Ərinin pulunu xərclədi, polisə yalan danışdı... - VİDEO

Tovuzda ilginc HADİSƏ: Ərinin pulunu xərclədi, polisə yalan danışdı... - VİDEO

Hazırda oxunan: Tovuzda ilginc HADİSƏ: Ərinin pulunu xərclədi, polisə yalan danışdı... - VİDEO

87293

Avqustun 2-də Tovuz rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kəndində 1 nəfər maskalı naməlum şəxsin xanım vətəndaşın evinə daxil olaraq ona kəsici alətlə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Bizim.Media "Xəzərxəbər"-ə istinadən xəbər verir ki, məlumatda maskalı şəxsin 35 000 manat pul və ümumi dəyəri 4000 manat olan qızıl zinət əşyalarını quldurluq yolu ilə ələ keçirməsi və evi yandırmağa cəhd etməsi qeyd olunub.

Polis əməkdaşları dərhal hadisə yerinə gələrək araşdırmalar aparıb:

“Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində quldurluq hadisəsinin baş vermədiyi, vətəndaş S. Süleymanovanın uzun müddət ərzində həyat yoldaşına məxsus pulu xərclədiyi üçün yalan məlumat verdiyi məlum olub.
Araşdırmalar zamanı xanımın özünə xəsarət yetirdiyi kəsici alət, yanıcı maddə, 2 743 manat, 900 ABŞ dolları və 7500 rus rublu maddi sübut kimi aşkar edilərək götürülüb”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO