Azərbaycan ilə Türkiyə arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.
Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:12 / 06.08.2022
Hərbi qulluqçular "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə BİTİRDİLƏR
Hazırda oxunan: Hərbi qulluqçular "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə BİTİRDİLƏR
Hazırda oxunan: Hərbi qulluqçular "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə BİTİRDİLƏR
87255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.