Gəncədə dini məkanlarda dezinfeksiya işləri aparıldı - FOTO

Gəncədə dini məkanlarda dezinfeksiya işləri aparıldı - FOTO

Hazırda oxunan: Gəncədə dini məkanlarda dezinfeksiya işləri aparıldı - FOTO

87216

Məhərrəmlik mərasimləri ilə əlaqədar yaradılan Qərargahın Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilən “Tədbirlər Planı”na uyğun olaraq “İmamzadə” dini kompleksi və mərasim keçiriləcək digər ərazilərdə təmizlik və dezinfeksiya işləri görülüb.

Gəncə Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən xəbərə görə, işlər Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən aparılıb.

“İmamzadə” dini kompleksi və ətrafında təmizlik işləri görülüb, ərazidə olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, yaşıllıqların suvarılması təmin olunub.
Bununla yanaşı, ziyarətgah və mərasimlərin keçiriləcəyi digər ərazilərdə dezinfeksiya işləri aparılıb.

Qeyd edək ki, görülən işlər Məhərrəm ayında keçirilən Tasua, Aşura, Ərbəin və digər dini mərasimlər zamanı Gəncənin “İmamzadə” dini kompleksinə gələcək sakinlərin, habelə şəhərimizin qonaqlarının rahatlığının təmin olunması məqsədi daşıyır.

Məqsəd Rəhimov, Bizim.Media - Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO