Kəlbəcərdə hərbçinin minaya düşməsi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Kəlbəcərdə hərbçinin minaya düşməsi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Hazırda oxunan: Kəlbəcərdə hərbçinin minaya düşməsi ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

87191

Avqustun 5-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən xəbərə görə, hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə minaya düşən Azərbaycan hərbçisi həlak oldu - FOTO


Aparılan ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO