Dövrün yeni FƏLAKƏTİ – Bulvarda skuter sürənlərə bağlı niyə ölçü götürülmür?

Dövrün yeni FƏLAKƏTİ – Bulvarda skuter sürənlərə bağlı niyə ölçü götürülmür?

Hazırda oxunan: Dövrün yeni FƏLAKƏTİ – Bulvarda skuter sürənlərə bağlı niyə ölçü götürülmür?

87163

“Bayaq Bulvarda skuterlə "avtoşluq" edən bir canlı balaca uşağı vurdu. Uşağın ayağı qırıldı, atası da həmin canlının sifətini dağıdırdı. Bunlara görə axşam bulvarda normal gəzmək olmur...”
Bəli, düz oxudunuz demək olar ki, hər gün Bulvar ərazisində şikayətçinin qeyd etdiyi mənzərə ilə qarşılaşmaq artıq adi hal olmağa başlayıb. Skuter, velosiped sevdalıları yayın dadını çıxarmaq, açıq hava, dənizkənarı yerdə gəzməyi sevənlər üçün sözün həqiqi mənasında böyük problem mənbəyinə çevrilib.

Xaotik vəziyyətin qarşısının alınması, insanların sözügedən ərazidə rahat şəkildə hərəkət etməsi, təhlükəsizlik üçün niyə hansısa tədbirlər görülmür?

Suallarımızı cavablandırmaq üçün “Dənizkənarı Bulvar İdarəsi”nin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında son günlər anoloji hadisələrin baş verməsindən xəbərdar olduqlarını bildirdi:

“Dənizkənarı bulvarda skuterlər, velosiped istifadəçiləri üçün xüsusi zolaqlar ayrılıb. Bu zolaqlarda yəni, qadağanedici nişanlar olmayan ərazilərdə skuterlərin, velosipedlərin hərəkəti məhdudlaşdırılmır. Həmçinin bununla yanaşı hərəkətin qadağan edildiyi ərazilərdə var ki, oraya qadağanedici nişanlar yerləşdirilib. Qadağan olunan ərazilərlə hərəkət edən şəxslər Bulvarın müfahizə xidməti tərəfindən xəbərdarlıq edilir və onlara tövsiyyə xarakterli məlumatlar verilir.
 

Bu xəbərdarlıq həmçinin icazə verilmiş zolaqlarla yüksək sürətlə hərəkət edənlərə də şamil olunur. Bizim səlahiyyətlərimiz bu çərçivədədir. Bundan başqa qadağalar tətbiq etmək üçün qanunvericiliklə səlahiyyətimiz yoxdur. Biz yalnız xəbərdarlıq edərək, tövsiyə xarakterli məlumatlar vermək səlahiyyətindəyik”.


Nəqliyyat eksperti Elməddin Muradlı da mövzu ilə bağlı açıqlamasında Bulvar ərazisində ciddi şəkildə nəzarət işlərinin aparılmasına ehtiyac yarandığını deyib:

“Əvvəllər bulvar idarəsinin rəhbərliyi bu məsələlərə çox həssas yanaşırdı. Mühafizə xidməti böyük işlər görürdü, velosipedçilərin hərəkəti tənzimlənirdi. İndi isə mühafizə xidməti ilə yanaşı həm qadın, həm də kişi polis əməkdaşlar bulvar ərazisində xidmət göstərir. Düşünürəm ki, sözügedən ərazidə ciddi şəkildə nizam-intizamın yaradılmasına ehtiyac var. Bunu qurmaq elə də çətin deyil. Konkret göstərişlər verilməlidir və təhlükəsizlik məsələləri öz həllini tapmalıdır”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO