Oyuncaqlar uşaqlarımızı necə formalaşdırır? – TƏHLÜKƏ ANI

Oyuncaqlar uşaqlarımızı necə formalaşdırır? – TƏHLÜKƏ ANI

Hazırda oxunan: Oyuncaqlar uşaqlarımızı necə formalaşdırır? – TƏHLÜKƏ ANI

87160

Oyuncaqlarla oynayaraq uşaqlar öz koqnitiv və idrak bacarıqlarını inkişaf etdirir. Kiçik yaşlarından müxtəlif oyuncaqlar və oyunlar uşaqların tərbiyəsinə kömək edir, həmçinin onlara yeriməyi, danışmağı, ictimailəşməyi, bilik əldə etməyi, emosional olaraq böyüməyi, sosial və məkan şüurunu inkişaf etdirməyi öyrədir.

Bizim.Media araşdırmasına görə, müharibə və savaş tematikasına bağlı oyuncaqlar uşağınızda müəyyən neqativ fikirləri inkişaf etdirmək və onlara sadist davranışları təbliğ etməklə onların şüuruna mənfi təsir göstərə bilər. 

Silahlar, qılınclar kimi oyuncaqlar və ya zorakı video oyunları ilə məşğul olan uşaqların əksəriyyətinin sərt cinayətkara çevrilməsi riski də yüksəkdir.
 

MÖVZU İLƏ BAĞLI:

“İt səni dişləyər” deyib uşaqlarımızı heyvanlara qarşı aqressiv böyüdürük” – Psixoloqdan XƏBƏRDARLIQ


Psixoloq Gülnar Orucova xəbərdarlıq edir ki, valideynlər oyuncaq seçərkən çox diqqətli olmalıdılar.

“Valideyn fikirləşməlidir ki, bu oyuncaq övladıma nə verəcək, niyə lazımdır, bu oyuncaqla nə oyunlar oynayacaq. Bəzən uşaqlar gördükləri oyun və cizgi film oyuncaqlarını istəyir, lakin elə animasiyalar var ki, uşağın xarakterinin formalaşmasına mənfi təsir edir. Diqqətsiz seçilmiş bir qisim oyuncaqlar uşaqlara şiddət aşılayır.

Məsələn, PBG mobil oyunu uşaq psixologiyasını məhv edir. Uşaqlara aqressivlik, davranış pozuntusu yaradır və bağça, sonra məktəbdə valideynlər daha böyük problemlərlə üzləşməli olurlar. Oyuncaq valideynlə birgə seçilməlidir. Uşaqlar diqqətdən kənar qalanda çox mənasız oyuncaqlar seçir, bu da gələcəkdə fərddə pis fəsadlarını qoya bilir”.

Psixoloq bildirir ki, 3 yaşa qədər uşaqlar rəngli, işıqlı və səsli oyuncaqları sevdikləri üçün onlara o tip oyuncaqlar almaq lazımdır:

“Həmin oyuncaqlar mahiyyət etibarı ilə övladlarımıza rəng, səs öyrətməlidir. Özünəxidmət bacarıqlarını formalaşdıran oyuncaqlar da var. Uşaqlar oyuncaqların geyimin dəyişərək, qış-yaz paltarlarını ayıraraq yeni şeylər öyrənir”.

Ekspert deyir ki, SSRİ-də istehsal olunan oyuncaqlarda cins qoyulmurdu, amma artıq, demək olar ki, bütün oyuncaqların cinsi var:

“Əslində, şərh kimi verirlər ki, bu azyaşlının cinsini tanıması üçün müəyyənləşdirilir, lakin müəyyən yaşlarda uşaq öz cinsini dərk etmədiyi üçün oyuncağın cinsi orqanlarını görməsi belə ona mənfi təsir edir. 4-5 nəfərlik, rənglərlə oynanılan oyunlar, dedektiv, məkan, zaman təsvirləri, aşağı-yuxarı məfhumları ehtiva edən bardaq oyunları, təxəyyül-təfəkkür oyunları, tapmaca, cədvəlləri uşaqlara öyrətmək məqsədəuyğundur”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO