İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-in 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvü Könül Sultanovanın apellyasiya şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, Könül Sultanovanın apellyasiya şikayəti təmin olunmayıb və Bunəqədi rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə Könül Sultanova 3 min manat məbləğində cərimə edilib. Qeyd edək ki, Könül Sultanova 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və K.Sultanovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, fəaliyyət göstərdikləri Komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub.
Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. M.Məmmədovanın cinayət işi ayrıca icraata götürülüb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:55 / 05.08.2022
Vəzifə səlahiyyətlərini aşan həkimin şikayəti təmin edilmədi
Hazırda oxunan: Vəzifə səlahiyyətlərini aşan həkimin şikayəti təmin edilmədi
Hazırda oxunan: Vəzifə səlahiyyətlərini aşan həkimin şikayəti təmin edilmədi
87156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.