Ekspertdən HƏYƏCAN TƏBİLİ: “Arıqlamaq istəyən qadınlara deyirlər ki, patı çəksən arıqlayacaqsan”

Ekspertdən HƏYƏCAN TƏBİLİ: “Arıqlamaq istəyən qadınlara deyirlər ki, patı çəksən arıqlayacaqsan”

Hazırda oxunan: Ekspertdən HƏYƏCAN TƏBİLİ: “Arıqlamaq istəyən qadınlara deyirlər ki, patı çəksən arıqlayacaqsan”

87136

“İndiki narkotacirlər kimyəvi narkotikləri elə hazırlayır ki, adam çəkir, lakin heç nə anlamır. Çünki çəkdikdə onda dəlilik, şizofreniya əmələ gəlir. Özünə gəldikdə isə "mən çəkdim, heç nə olmadı" düşüncəsi formalaşır”.

Narkomaniya üzrə ekspert Emil Maqalov Bizim.Media-ya verdiyi açıqlamasında belə deyib. O, bildirib ki, əvvəllər narkotikdən asanlıqdan müalicə almaq olurdu. Çünki tərkiblərinə maddə qatılmamışdı, təbii idi. İndi bu proses geridönməz xarakter alır:

“Narkotik birinci psixoloji asılılıq yaradır. Üçüncü dəfə çəkdikdən sonra fiziki özünü idarə edə bilmirsən. Narkomanı psixoloji asılılıqdan çıxartmaq ya mümkün olmur, ya da çox çətin olur”.

“Ölkədə isə narkotikin leqallaşdırılmasının əlehinəyəm”, deyən ekspert qeyd edib ki, aldanmaq lazım deyil, Avropa ölkələrində leqallaşdırılan narkotik deyil, otlardı:

“Heroin, kokain heç yerdə leqallaşdırılmayıb. Ölkəmizdə narkotikə qarşı mübarizə əvvəlki illərə baxanda daha sərtdir. Amma məsələ burasındadır ki, əvvəllər narkotik ermənilərlə bir qrup şəxslər arasında Qarabağdan keçirilirdi. İndi o yollar bağlandığı üçün onların Azərbaycanı tranzit ölkə kimi istifadə etməsi çox çətinləşib. Amma tam qarşını almaq üçün nə qədə çalışsaq da, qeyri mümkündür”. 

Maqalov daha bir təhlükəli məqma da toxunub, bildirib ki, indi cəmiyyətmizdə ailələri, anaları sıradan çıxarmağa çalışırlar:

“İndi dieta saxlamağa tənbəllik edən qadınların beyninə yeridirlər ki, patını çəksən arıqlayacaqsan. Düzdür, patı insanı arıqladır. Hətta, onları nümunə göstərilən adamlar da oldu. O arıqlayan insanların əksəriyyəti indi həyatda yoxdu. İnsanlar düşünmürlər ki, şəkər xəstəsinin də, xərçəng olan adamın da bədən funksiyası itəndə arıqlayır. Qadınlar arasında narkotik istifadəçilərinin sayı az deyil. Müalicəyə gələnlərdən 100-dən 20-si qadındır. Çünki mentalitetimiz narkoman qadının müalicəsinə mane olur. Hansı kişi açıq-aşkar deyər ki, arvadım, bacım və ya qızım narkotik çəkir?”

Ekspert sonda qeyd edib ki, narkotikin artmaması üçün insanlarla onların öz dilində danışmaq lazımdır:

“Ölkəmizdə pulsuz realibitasiya mərkəzi yoxdur. Bakıda 5000 narkoman varsa, 380 nəfərlik yerimiz var. Sumqayıtda 1000 narkoman varsa, 28 yerimiz var. Qalan yerdə qalan adamlar harda, necə müalicə alsın? Özəl realibitasiya mərkəzlərinin aylığı 1500 manatdır. Müalicı almaq istəyən o pulu necə əldə eləsin?. Bu haqda düşünmək lazımdır”. 

Şəfaqət Cavanşir, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO