Tovuzda əsgər ölümü ilə bağlı bir nəfər saxlanıldı - RƏSMİ

Tovuzda əsgər ölümü ilə bağlı bir nəfər saxlanıldı - RƏSMİ

Hazırda oxunan: Tovuzda əsgər ölümü ilə bağlı bir nəfər saxlanıldı - RƏSMİ

87064

Avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun əsgəri vəfat edib


İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. 

Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq tədbirləri davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO