“Qarabağda olan məscidlərə axundlar təyin edilib” - Hacı Şahin

“Qarabağda olan məscidlərə axundlar təyin edilib” - Hacı Şahin

Hazırda oxunan: “Qarabağda olan məscidlərə axundlar təyin edilib” - Hacı Şahin

8706

İşağldan azad olunan ərazilərimizdə bütün məscidlərimizin bərpa edilməsinə dair prosesə artıq başlanıb.

Bunu Bizim.Media-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin axundu, ilahiyatçı alim, Şahin Həsənli söyləyib.

“Hazırda bütün məscidlərin dövlət tərəfindən qeydiyyatı aparılır. Qafqaz Müsəlmanları İdarəsi də dini idarə olaraq işğal dövründə bu həqiqətlərin dünyaya çatdırılmasında ardıcıl işlər görüb. Həqiqətlər digər dinlərə mənsub olan icma rəhbələrinin diqqətinə hər zaman çatdırılıb. İşğaldan azad olunmuş rayonlarda olan məscidlərə  axundlar təyin olunub. Həmin axundlar bölgələrdə yaşayan insanlardan seçilib”,- deyə o, vurğulayıb.

Ş.Həsənlinin fikrincə, QMİ həmin məscidlərdə dini ayinlərin icra olunmasına tam hazırdır:

“Məscidlərdən əlavə orada digər dinlərə məhsub olan abidələr də təmir edilərək dövlət qayğısı göstəriləcək. Bilirsiniz ki, bu yaxınlarda İCESCO-nun təşəbbüsü oldu ki, Şuşa İslam dünyasının paytaxtı elan edilsin. Bu, bütün dünyanın  diqqətinin Qarabağa və Şuşaya yönəlməsi baxımından çox əlverişli bir addımdır. Hazırda dövlət tərəfindən monitorinqlər aparılır. Bütün dini abidələrin siyahısı tərtib olunur. Məscidlər isə ənənəvi memarlıq üslubumuza uyğun təmir və bərpa ediləcək”.

İlahiyatçı alim məscidlərdə olan dini yazı və dini atributların saxlanılmasının da QMİ-nin məsləhəti ilə olacağını qeyd edib.

Xatırladaq ki, Xarici İşlər Nazirliyinin açıqlamasında Qarabağdakı bütün müsəlman və xristian-alban abidələrinin Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusluğu vurğulanıb.

Deyilib ki, Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur.

Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO