Avqustun 4-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 59-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 25-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:58 / 05.08.2022
Axtarışda olan 38 nəfər saxlanıldı – DİN
Hazırda oxunan: Axtarışda olan 38 nəfər saxlanıldı – DİN
Hazırda oxunan: Axtarışda olan 38 nəfər saxlanıldı – DİN
87055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.