Tanışını işə düzəltmək adı ilə aldadan şəxs yaxalandı

Tanışını işə düzəltmək adı ilə aldadan şəxs yaxalandı

Hazırda oxunan: Tanışını işə düzəltmək adı ilə aldadan şəxs yaxalandı

87052

Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Pərvin Əliyevin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Bizim.Media-ya Ağdaş rayon prokurorluğundan məlumat verilib.  

Araşdırmalarla Pərvin Əliyevin tanışına oğlunun dövlət qurumuna köçürülmə qaydasında işə düzəldilməsində köməklik göstərəcəyi vədi verib ümumilikdə onun 7 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO