Mərkəzi Seçki Komissiyasının tərkibində yeni xidmət yaradılıb.
Bizim.Media xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Nəzarət Təftiş Xidmətinin yaradılması məsələsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.
Qərara əsasən Xidmətin rəhbəri Ramiz İbrahimov, üzvləri İlham Məmmədov, Tofiq Əsədov, Maliyyə Nazirliyinin, Vergi Xidmətinin nümayəndəsi, Hesablama Palatasının nümayəndələri qismində təsdiq edilib.
Mərkəzi Seçki Komissiyasında, həmçinin yeni şöbə yaradılıb. MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, siyasi partiyalarla işi təkmilləşdirmək üçün MSK Katbliyinin tərkibində Siyasi partiya və ictimai təsisatlarla iş Şöbəsinin yaradılması təklif edilib.
Qərar səsə qoyularaq qəbul edilib.
Bizim.Media