Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Zoologiya və Fiziologiya İnstitutlarının mütəxəssislərindən ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə keçirilən kompleks ekoloji monitorinqlər başa çatıb.
Bu barədə Bizim.Media-ya ETSN-dən məlumat verilib.
Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, monitorinqlər zamanı nərəcinsli balıqların, Xəzər suitilərinin və digər su bioloji resurslarının ehtiyatları öyrənilib.
Quşların miqrasiyasının vizual müşahidəsi aparılıb.
İdarə rəisi onu da qeyd edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 9 məntəqə üzrə 117 su, zooplankton, bentos və dib çöküntüsü nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb və biomüxtəliflik tədqiq edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:41 / 04.08.2022
Xəzərin ekoloji monitorinqinin NƏTİCƏLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Xəzərin ekoloji monitorinqinin NƏTİCƏLƏRİ AÇIQLANDI
Hazırda oxunan: Xəzərin ekoloji monitorinqinin NƏTİCƏLƏRİ AÇIQLANDI
86943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.