DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərə MÜRACİƏT

DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərə MÜRACİƏT

Hazırda oxunan: DİM-dən dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərə MÜRACİƏT

86911

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərə müraciət edib.

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası müəyyən edir.

Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50% miqdarında müəyyən edilib.
Məlum olduğu kimi, Tarif (qiymət) Şurasının 2017-ci il 23 may tarixli 5 nömrəli qərarı ilə dövlət qulluğuna qəbul məqsədi ilə keçirilən test imtahanlarında iştirakla bağlı tariflər təsdiq edilərkən qiymətlərdə əlavə dəyər vergisi nəzərə alınmayıb.

Dövlət İmtahan Mərkəzi 2019-cu ilin mart ayından ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və həmin ilin 1 aprel tarixindən dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq edilməsinə başlanılıb.

Təsdiq edilmiş tariflərə ƏDV əlavə olunarkən bəzi qiymətlər manat və qəpik hissələrindən ibarət olur.

Hazırda ödəmə prosedurlarını həyata keçirən mövcud proqram təminatlarının və müvafiq məlumat bazalarının texniki məhdudiyyətlərini (ödənişin qəpiklə aparılmasının qeyri-mümkün olmasını) nəzərə alaraq DİM-in proqram təminatı və məlumat bazalarında müvafiq təkmilləşdirmə işləri başa çatanadək, qəpik hissə ilə bağlı olan ödənişlərin tam ədədə qədər azaldılması qərara alınıb. 
Məlumat üçün bildirilib ki, dövlət qulluğunda sertifikat əsasında qəbulun həyata keçirildiyi tarixdən bugünədək keçirilməsi planlaşdırılan 46 427 müsahibədən 29 111 (63%) müsahibənin keçirilməsi namizədlərin müsahibələrdə iştirak etməmələri (o cümlədən iştirakdan imtina etmələri) səbəbindən mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO