İdris kişi ilə tanış olanda ondakı həyatsevərlik məni də heyran etdi. Onun 92 yaşı olduğunu biləndə isə etdiyi idman hərəkətlərinə də inanmadı. Düz, 100 dəfə jim edir, hər səhər idman eləmədən də işə başlamır.
İş deyəndə ki, gündəlik qazancı tərəzidən çıxır. Qabağına tərəzi qoyub küçədə oturub insanların çəkisini ölçür və tövsiyyələr verir.
Cavan və tələbə qızlardan isə pul almır çox vaxt. Deyir bizim dövrün qızları başqa cürə idi. İndi bunlar hamısı üfürsən, yıxılar.
Amma qadınlarla bağlı İdris kişinin ürəyində dərin yaralar var. 92 yaşına gəlib, amma heç evlənməyib. Səbəb XƏYANƏTDİR!
Daha yaxşısı, İdris kişinin öz dilindən eşidin təfərrüatı.
Videoreportajı diqqətinizə təqdim edirik:
Leyla Şah, Rəşad Orucoğlu Bizim.Media