“Qaraheybət qəzası”na görə sığorta ödənişlərilə bağlı RƏSMİ AÇIQLAMA

“Qaraheybət qəzası”na görə sığorta ödənişlərilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Qaraheybət qəzası”na görə sığorta ödənişlərilə bağlı RƏSMİ AÇIQLAMA

86908

Qaraheybətdə helikopter qəzası zamanı şəhid olan tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanovun şikayətini diqqətinizə çatdırmışdıq.

Dövlət Sosial Müdafiə Fondu Bizim.Media-nın işıqlandırdığı məsələ ilə bağlı ünvanladığı özəl sorğuya münasibət bildirib.

Bildirilir ki, Qaraheybətdə helikopter qəzası zamanı şəhid olan polkovnik Elçin Nəbiyevin vərəsəsi olan həyat yoldaşı Şəlalə Nəbiyevanın və tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun vərəsəsi olan atası Xanlar Əhmədxanovun sığorta ödənişi yaxın zamanlarda həllini tapacaq.
 

MÖVZU İLƏ BAĞLI:

“Qaraheybət qəzası”na görə sığorta ödənişləri niyə verilmir? - Şəhid atasından ŞİKAYƏT


Şəlalə Nəbiyevaya birdəfəlik icbari şəxsi sığorta ödənişini almaq üçün 29 iyul 2022-ci il tarixdə sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim edib, bir həftə ərzində birdəfəlik sığorta ödənişi vətəndaşın hesabına köçürüləcək.

“Təlim uçuşları yerinə yetirərkən qəza nəticəsində şəhid olmuş tibb xidməti kapitanı Ceyhun Əhmədxanovun vərəsəsi olan atası Xanlar Əhmədxanova da sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək tövsiyə olunub.
Müraciət etdikdən 10-15 iş günü ərzində birdəfəlik sığorta ödənişi müraciət edən şəxsin hesabına köçürüləcək”, - deyə məlumatda qeyd olunub.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO