Qobustanda şəhid ailəsinə məxsus evdən oğurluq edən şəxs tutuldu – DİN  

Qobustanda şəhid ailəsinə məxsus evdən oğurluq edən şəxs tutuldu – DİN  

Hazırda oxunan: Qobustanda şəhid ailəsinə məxsus evdən oğurluq edən şəxs tutuldu – DİN  

86905

Qobustan rayonunun Nabur kəndində yerləşən şəhid ailəsinə məxsus evdən məişət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət  daxil olub.  

Müraciət əsasında polis əməkdaşları hadisə yerində olub, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Ceyhun Abdulalıyev tutularaq istintaqa təhvil verilib.

O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını metal qəbulu məntəqələrinə satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO