Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizi intensiv atəşə tutması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Onun cənazəsi anadan olduğu Şəmkir rayonunun Qaracəmilli kəndinə gətirilib. Hazırda isə onunla vida mərasimi keçirilir.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə onun əsgərliyə necə yola salınmasının kadrları yayımlanıb.
Həmin görüntüləri sizə təqdim edirik:
Bizim.Media