Ən yaxşı

Ən yaxşı "Notebook"ların siyahısı açıqlandı - FOTO

Hazırda oxunan: Ən yaxşı "Notebook"ların siyahısı açıqlandı - FOTO

8690

Las Veqasda keçirilən Beynəlxalq Texnologiya Sərgisi “CES2021”ə çıxarılan "notebook"ların ən yaxşıları seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə "AndroidAuthority" saytı məlumat yayıb.

Dizüstü komputerlərin ən yaxşılarının siyahısı belə olub:

"Samsung Galaxy Chromebook 2"- yeni dizayn, yeni özəlliklər və daha sürətli "notebook" digər "Chromebook"lardan daha üstündür.

Siyahıda növbəti bilgisayar "Lenovo ThinkPad X1 Titanium 1"dir. Hazırlanmasında titandan istifadə edilib. Lenovanın bu məhsulunun qalınlığı 11 mm olub.

"HP Elite Folio" növbəti sırada yer alıb.  Bu cihazın ən üstün cəhəti daha uzunömürlü batareya və daha keyfiyyətli internet bağlarının olmasındadır.  Əsasən iş adamları üçün nəzərdə tutulub.

"Acer Predator Triton 300 SE" də ən yaxşılar arasındadır. Əsas üstünlüyü dizaynı və 5GHz tezlikdə olmasıdır.

Siyahıda "Razer Blade 15" də qərarlaşıb. 240Hz yenilənmə tezliyi və sələflərindən daha keyfiyyətli 4K görüntüyə malikdir.

"Asus ROG Zeyphyrus Duo 15 SE" isə yenilənmə sürəti ilə seçilir. Daha sürətli ekran kartı və işlənmə sistemi ilə təmin olunub.

Lenovanın siyahıya düşən ikinci cihazı "Lenovo Legion 7"dir. Bu dizüstü komputer yüksək keyfiyyətli ekrana sahib olması ilə fərlənir.

"Asus ROG Strix Scar 17", "Acer Chromebook Spin 514", "HP Envy 14" də ən yaxşılar arasında yer alıb.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO