Xırdalan şəhərində yaşayış binasındakı partlayışdan sonra TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
Bizim.Media TƏBİB-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Xırdalandakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO
Hazırda onların vəziyyəti ağır stabildir.
Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bizim.Media