Bu il sərnişin daşımalarında 37 faiz ARTIM VAR

Bu il sərnişin daşımalarında 37 faiz ARTIM VAR

Hazırda oxunan: Bu il sərnişin daşımalarında 37 faiz ARTIM VAR

86852

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz artıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesab dövrü ərzində  762,5 milyon sərnişinə xidmət göstərilib. 

Sərnişinlərin 86,6 faizi avtomobil nəqliyyatı, 13,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 660,2 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,7 faiz artım qeydə alınıb.
Sərnişinlərin 94,4 faizi avtobus, 5,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 22,7 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO