“Qadınlar və kişilər üçün çimərlik ayrı olsun” təklifinə Fazil Mustafadan REAKSİYA 

“Qadınlar və kişilər üçün çimərlik ayrı olsun” təklifinə Fazil Mustafadan REAKSİYA 

Hazırda oxunan: “Qadınlar və kişilər üçün çimərlik ayrı olsun” təklifinə Fazil Mustafadan REAKSİYA 

86782

İlahiyyatçı Hacı Təyyar Hüseynli çimərlik mövzusunda növbəti dəfə gündəmə gəlib. O, çimərliklərin qadın və kişilərə görə ayrılması, xüsusi gün təyin olunaraq əks cins sahiblərinin birgə deyil, ayrı-ayrı dənizə getmələrini təklif edib. İlahiyyatçının dediyinə görə əvvəlki açıqlamasında da olduğu kimi milyonlarla insan, konkret olaraq 99, 9 faiz insan onun fikrini dəstəkləyir.

Şərq və Qərb mədəniyyətini nümunə gətirən Hacı Təyyar Həsənli çimərlik paltarında olan qadınları dolayısı yolla əxlaqsız, onların həyat yoldaşlarını isə qeyrətsiz və namussuz kimi dəyərləndirib. 

Hacı Təyyar Hüseynlinin təklifinə Bizim.Media vasitəsilə münasibət bildirən millət vəkili Fazil Mustafa dindarların insan həyatına müdaxilə etməsi və tövsiyələr bildirməsini inanclarından irəli gələn məsələ kimi qiymətləndirib:

“İnsanların şəxsi seçiminə, həyatına qarışmaq yalnışlıqdır. Gerçək, ağıllı və savadlı dindarlar başqalarının həyatına qarışmırlar. Öz ömürlərini yaşayırlar, özlərinin davranışı ilə nümunə olmağa çalışırlar. Dindar zehniyyətlilər azacıq səlahiyyət sahibi olsalar, cəmiyyət üçün ancaq məhdudlaşdırıcı bir şeylər düşünə bilərlər. İnsan azadlığıdır. Çimərliyə kiminsə getməsinin onun əxlaqi məsələsinə qətiyyən təsiri yoxdur. Adam var qapanıb, həmin həyat tərzinin daha betərini qapalı mühitdə yaşayır. Bunu əxlaq meyarı ilə müəyyənləşdirmək yalnışdır. Qadınlar üçün xüsusi çimərlik yaradıla bilər və ya kişilərlə birgə çimərliyə də gedə bilərlər.  
 

Bütövlükdə və bu istiqamətdə insanlara “bu cür yaşa” deyilməsinin özü etik cəhətdən doğru deyil. Sən öz yaşamına bax, xoşlamadığın şeyləri etmə. Əgər qadının özü könüllü olaraq çimərliyə getmək istəmirsə, getməsin.


Bunu cəmiyyətə ikili ideya və din pərdəsi altında sırımaq düzgün deyil. İslam insanın geyimi, keçimi, saqqalı və görüntüsü ilə əlaqəli din deyil. İnsanın qəlbi ilə əlaqəli dindir. Qəlbində olan təmizlik, dürüstlük səni hansısa bir şəkildə yetişdiribsə, hansı geyimdə olursan ol, heç vaxt saxtakarlıq, başqasının haqqını yeyəcək qədər cahil birinə çevrilməyəcəksən”.

Fazil Mustafa fikrincə, sözügedən məsələdənsə savad, düşüncə və dünyagörüşü təbliğ etmək lazımdır:

“İslam adı olmayan ölkələrdə insanlar kiməsə özlərini göstərmək üçün qapanmırlar. Yaxud da kiməsə özlərini göstərmək üçün yaşamlarını qurmurlar.  Müsəlman Şərqində isə bütün həyat başqasına göstərmək üçün qurulub. Ən böyük əxlaqsızlıq başı bağlanan ölkələrdədir. İçkilərini də içirlər, cəmiyyət üçün uyğun olmayan hərəkətlərini də edirlər. Açıq olanda isə bu qədər yayğın olmur.
 

Çünki hər kəs həyat tərzini özü seçir və kiməsə göstərmir. Dinci təfəkkürü monoton düşüncədir. İnandığından kənarda düşüncə yoxdur və onlarda nə fəlsəfə, nə də dünyagörüş inkişaf edir.


Yəni özüm imam nikahı ilə 5-6 arvadı ala bilərəm, heç birinin hüququ olmasın, məm deyəni geyinsin və seçsin. Normal və müasir geyimdə o qədər əxlaqlı qadınlar var. İnsan belələrinin davranışına heyran qalır. Amma çadra və niqab altında dünyagörüşü dar, istismar ailəsinə çevrilmiş qadını görəndə adamın ürəyi ağrıyır”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO