Səfəvilər dövlətində Məhərrəm ayı necə keçirilirdi? - İtaliyalı səyyahın QEYDLƏRİ

Səfəvilər dövlətində Məhərrəm ayı necə keçirilirdi? - İtaliyalı səyyahın QEYDLƏRİ

Hazırda oxunan: Səfəvilər dövlətində Məhərrəm ayı necə keçirilirdi? - İtaliyalı səyyahın QEYDLƏRİ

86729

İyul ayının 30 da hicri tarixi ilə Məhərrəm ayı başlayıb. İslam dünyasında bu ayın xüsusi məqamı və mənası var. Bu ay daha çox Kərbəla müsibətinin ildönümü kimi xatırlanır. 

Bildiyimiz kimi Məhəmməd peyğəmbərin (s.ə.a.s.) sevimli nəvəsi, həzrəti Əlinin(s.ə,) oğlu imam Hüseyin(s.ə.) məhz məhərrəm ayının birində Əbu Süfyanın nəvəsi, Müaviyənin oğlu Yezidin anti-islam hərəkətlərinə və başıpozuqluğuna qarşı dinc yürüş keçirdi. İmam Hüseynin(s.ə.) nüfuzundan və irəli sürdüyü tələblərdən qorxuya düşən Yezid onun qarşısını kəsib geri dönməsinə və ortaq məxrəcə gəlməsinə çox çalışdı.

Lakin, peyğəmbərin nəvəsi bütün təklifləri rədd etdi və mübarizəsinin qələbə gününə qədər davam edəcəyini bildirdi.

Doğrudur, imam Hüseyn(s.ə.) və onun 72 əsabəsi Kərbəla çölündə qılıncdan keçirildi. Lakin, bu qətliamdan bir neçə ay sonra əhli-beyt tərəfdarları Yezidi və onun ətrafını siyasi səhnədən silib atdı. Ona görə də Məhərrəm ayı islamın xilaskarı imam Hüseynin mübarizə yolu və şəhadəti ehtiramla anılır. 

Bəs tarixdə Kərbəla müsibəti necə xatırlanıb?

Bizim.Media xəbər verir ki, Venesiyalı səyyah Mikele Membre orta əsrlərdə Səfəvilər dövlətinə səfər edərkən məhərrəmliyin necə keçirildiyindən belə bəhs edir:
 

“May ayında (Mikele Membre Məhərrəmliyin may ayına təsadüf etdiyi vaxta düşüb) onlar Yəzid adlandırdıqları birisilə döyüşdə başı kəsilmiş Əlinin (ə) oğlu İmam Hüseynin (s.ə.) qətlini yad edirlər.


Bu şəhidliyə görə onlar 10 gün matəm saxlayır və bunun üçün onların hamısı qara geyinir: qara çalma qoyur və qara geyim geyirlər. Bu 10 gün ərzində Şah l Təhmasib saraydan bayıra çıxmır. Axşamdan gecə 1-dək kəfənə bürünmüş dəstələr şəhəri və məscidləri dolaşır. Onlar bunu Aşura adlandırırlar. 

Bu, mayın 1-dən 10-a qədər davam edir… Axşamlar bütün qadınlar məscidə gedir, moizəçi Əlinin (s.ə.) oğlundan moizə söylədikcə, xanımlar(!) acı-acı ağlayırlar. Bax, Səfəvilər dövlətində Aşura belə keçirilir”.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO