Cəlilabadda tanışını öldürməyə cəhddə təqsirləndirilən Çingiz Bayramovun məhkəməsi başlayır.
Bizim.Media xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Nahid Babayevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, hadisə bu ilin aprelində Cəlilabad rayonu, Qarazəncir kəndində qeydə alınıb.
Belə ki, 40 yaşlı Ç.Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə 1988-ci il təvəllüdlü Cəmil Bayramova baş və kürək nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Ç.Bayramova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:16 / 03.08.2022
Tanışını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır
Hazırda oxunan: Tanışını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır
Hazırda oxunan: Tanışını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayır
86718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.