Vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə BELƏ VERİLƏCƏK

Vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə BELƏ VERİLƏCƏK

Hazırda oxunan: Vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə BELƏ VERİLƏCƏK

86677

Xəsarəti ilə bağlı e-sistemlər və arxivlərdə məlumat olmayanlara, vəfat etmiş şəxslərin vərəsələrinə birdəfəlik ödəmə necə təyin ounacağı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə,1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, həmçinin sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə həmin birdəfəlik ödəmələr təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Vəfat etmiş şəxsin kredit borclarını kim ödəməlidir? - AÇIQLAMA


E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün e-qaydada ödəmə təyin edilməyən şəxslər, habelə birdəfəlik ödəmə almaq hüququ olan vəfat etmiş şəxslərin vərəsələri də onlara dair müvafiq məlumatlar e-sistemə daxil edildikdən sonra həmin sosial ödənişlərlə təmin olunacaqlar.

Bunun üçün qeyd olunan şəxslərə bu posterlərdə göstərildiyi qaydada müraciət edərək sənədləri təqdim etmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO