Əlil küçədə Sahil Babayevə yaxınlaşdı - FOTO

Əlil küçədə Sahil Babayevə yaxınlaşdı - FOTO

Hazırda oxunan: Əlil küçədə Sahil Babayevə yaxınlaşdı - FOTO

86671

Bu gün Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev 1 saylı Bakı DOST Mərkəzindən çıxarkən maraqlı anlar yaşanıb.

Bizim.Media manset.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində birinci qrup əlil, 1984-ci il təvəllüdlü Əliyev Fuad Vaqif oğlu nazirə yaxınlaşaraq, ondan probleminin həlli üçün kömək istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Sabah vəsait qazilərin ödəniş kartlarında olacaq" - Nazir


​​​​​​​O, Sahil Babayevə bildirib ki, işləmək üçün bir neçə yerə müraciət etsə də, ona kömək edən olmayıb.

Nazir dərhal yanında olan Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə məsələni nəzarətə götürməyi tapşırıb. F.Əliyevə bildirilib ki, yaxın günlərdə o, nazirliyə qəbula çağırılaraq, müvafiq işlə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO