Vətəndaşlara 216 tam təmirli kirayə mənzil təklif olunur – ÜNVANLAR

Vətəndaşlara 216 tam təmirli kirayə mənzil təklif olunur – ÜNVANLAR

Hazırda oxunan: Vətəndaşlara 216 tam təmirli kirayə mənzil təklif olunur – ÜNVANLAR

86639

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısı genişləndirilib və mənzil fonduna daha 216 tam təmirli mənzil daxil edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fond yayıb.

Mənbə qeyd edir ki, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi üzrə vətəndaşlara 44 yaşayış sahəsi təklif olunur.

Bunlar da 2 və 3 otaqlı mənzillərdir. Kompleksdə yeni mənzillərin aylıq ödənişləri 557 manatdan başlayır. 

Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 172 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 268 manatdan başlayır. Aylıq ödənişlər çox güzəştli şərtlərlə, mənzilin dəyərində sığorta da daxil olmaqla xərclər nəzərə alınmaqla hesablanır. 

Yeni mənzillər elektron sistem üzərindən seçim üçün 8 avqust 2022-ci ildən açıq olacaq. Vətəndaşlar yeni yaşayış kompleksləri üzrə təklif olunan mənzillərlə bu keçid vasitəsilə tanış ola bilərlər.

Xatırladaq ki, ötən ay sözügedən iki ünvanda kirayə mexanizmi çərçivəsində 211 tam təmirli mənzil vətəndaşların seçiminə verilmişdi. Ümumilikdə isə indiyədək bu mexanimzdən 1847 ailə faydalanıb. 
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, habelə EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO