ANAMA vətəndaşlara müraciət etdi: “Azad edilmiş ərazilərdə...”

ANAMA vətəndaşlara müraciət etdi: “Azad edilmiş ərazilərdə...”

Hazırda oxunan: ANAMA vətəndaşlara müraciət etdi: “Azad edilmiş ərazilərdə...”

86627

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara müraciət edib.

ANAMA-dan Bizim.Media-ya daxil olan müraciətdə deyilir:

"ANAMA bir daha vətəndaşları işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi səbəbindən nizam-intizamlı davranmağa və məsuliyyətli olmağa çağırır".

Qeyd edək ki, avqustun 2-də Füzuli rayonu ərazisində mina partlaması nəticəsində yerli minatəmizləmə şirkətinin əməkdaşı, 1976-cı il təvəllüdlü Hüseynov Qılman Hidayət oğlu, 1990-cı il təvəllüdlü Şükürov Yadigar Dilavər oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rövşən Ruslan oğlu xəsarət alıblar.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub, 117 hərbi qulluqçu və 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO