Füzulidə minaya düşən şəxslərin səhhəti ilə bağlı YENİ MƏLUMAT

Füzulidə minaya düşən şəxslərin səhhəti ilə bağlı YENİ MƏLUMAT

Hazırda oxunan: Füzulidə minaya düşən şəxslərin səhhəti ilə bağlı YENİ MƏLUMAT

86617

Füzulidə minaya düşən yerli minatəmizləmə şirkətinin əməkdaşlarının səhhəti ilə bağlı məlumat açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Füzuli Rayon Mərkəzi Xəstəxanası yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Füzulidə 3 nəfər minaya düşdü – Birinin sağ ayağı amputasiya olundu


Mənbə qeyd edir ki, Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşən minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı aldığı xəsarətlərlə bağlı olaraq saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:

"1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Apa.az-ın məlumatına görə, hal-hazırda hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO