Azərbaycan vətəndaşlığından çıxan kimlərdir? – Problemin MÜZAKİRƏSİ

Azərbaycan vətəndaşlığından çıxan kimlərdir? – Problemin MÜZAKİRƏSİ

Hazırda oxunan: Azərbaycan vətəndaşlığından çıxan kimlərdir? – Problemin MÜZAKİRƏSİ

86612

Dövlət Miqrasiya xidmətinin məlumatına görə ötən il 944 nəfər Azərbaycan Respublikası vətəndaşlığından çıxıb. 2020-ci ildə bu göstərici 561 nəfər idi. Azərbaycan Respublikası vətəndaşlığından çıxanların cinsi, yaşı, etnik tərkibi isə göstərilməyib.

Bəs, artaraq dəyişən rəqəm nədən xəbər verir? 

Politoloq Cümşüd Nuriyev Bizim.Media-ya danışarkən bu göstəricinin elə də böyük rəqəm olmadığını bildirdi. İndi inteqrasiya meyilləri, qarışıq nikahların çoxluğu da bu aksiyanı zəruri edir. Məsələn, Türkiyə vətəndaşına ərə gedib bu ölkənin vətəndaşlığını qəbul edənlər bu statistikaya xeyli əmək qatıblar.

Amma bütün bunlara baxmayaraq politoloq düşünür ki, bu aksiyanın mahiyyəti ciddi təhlil edilməlidir: 

“Narahatedici faktdır ki, keçən ilə nisbətən bu il vətəndaşlıqdan çıxanların sayında 80% artım olub. Gərək, həmin datanın tərkibini verəydilər ki, Azərbaycan Respublikası vətəndaşlığından çıxan kimlərdir? İlk növbədə etnik tərkibi müəyyənləşdirmək lazımdır. Azərbaycan vətəndaşlığından çıxmağın səbəbləri çoxdur. Yuxarıda dediyim faktla bərabər burada etnik, iş və s. üçün köçmələrin xüsusiyyəti bilinməlidir” 

Ekspert qeyd edir ki, burada başqa faktor da var. İndi ölkəni tərk edənlər əsasən əmək miqrantlarıdır, müvəqqəti gedirlər, amma bəzi ölkələr tələbi dəyişib:

“Məsələn, Rusiya hökumətinin qəbul etdiyi qərar da vəziyyəti stimullaşdıra bilər. Rusiya əmək miqrantları ilə bağlı şərtləri ağırlaşdırır və bir tərfdən də vətəndaşlıq üçün əlverişli şərait yaradır. Bu da orada illərlə əmək miqrantı kimi fəaliyyət göstərən, yaxşı biznes quran insanlarımızı vadar edir ki, “açılmış qapı”dan keçsinlər. Belə nüansları da nəzərə almalıyıq”. 

Cümşüd Nuriyev sonda onu da bildirib ki, vətəndaşlıqdan imtina edənlərin içində səadəti başqa ölkələrdə axtaranlar və düşdüyü vəziyyətdən çıxış yolu tapmayanlar da var:

“Getmək istəyənlərin arasında gənclərin çox olması yaxşı hal deyil. Söhbət təbii ki, məcaraçı gənclərdən getmir. Bu kəsim bütün xalqlarda olur, amma özünə iş yeri, hüquq tapa bilməyən gəncliyin getməsi və buna çıxış yolu kimi baxması düşünrücü olmalıdır. Sosuial tədqiqatlar bu yöndə aparılmalıdır. Hər bir Azərbaycan Respublikası vətəndaşı bizim üçün əzizdir. Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıqdan çıxmasında ayrı-ayrı dövlət məmurlarına əli varsa, o məmurlar mütləq şəkildə cəzalandırlmalıdır. Vətəndaşlıqdan çıxan şəxslərin hansı bölgə üzrə çoxluq təşkil etdiyini müəyyənləşdirməkdə də fayda var.

Amma Azərbaycanda etnik qarşıdurma olmadığına görə, bu müstəvidə heç bunu araşdırmağa ehtiyac yoxdur. Azərbaycan kifayət qədər multikultural dövlətdir. Biz bütün vətəndaşlarımıza eyni cür yanaşırıq”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO