Avqustun 1-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 39-nun, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 30-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidməti yayıb.
Mənbə qeyd edir ki, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:26 / 02.08.2022
Cinayət törədən 40 nəfər ötən gün saxlanıldı
Hazırda oxunan: Cinayət törədən 40 nəfər ötən gün saxlanıldı
Hazırda oxunan: Cinayət törədən 40 nəfər ötən gün saxlanıldı
86573
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.